Azərbaycanda bu ilin ilk beş ayında nikaha daxil o...
11:04 21.07.2026
0
0
0
Naxçıvan Şahmat Mərkəzində 20 iyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş şahmat üzrə tempo turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışda müxtəlif yaş qrupları üzrə, ümumilikdə, 62 iştirakçı medallar uğrunda mübarizə aparıb.
Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Nəticələrə əsasən Hüseyn Qənbərli 6,5 xalla turnirin qalibi olub. Aktivində 6 xalı olan digər iki şahmatçıdan əmsal əsas götürülməklə Rəvan Məmmədov ikinci, Fərəməz Quliyev isə üçüncü yerə layiq görülüblər. Ələkbər Ələkbərli (14 yaş), Oğuz Qəribli (12 yaş), Uğur Qəribli (10 yaş), Tuncay Behbudlu (8 yaş) yaş kateqoriyaları, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar təltif olunublar.
Turnirin keçirilməsində məqsəd Beynəlxalq Şahmat Gününü qeyd etməklə yanaşı, şahmatçılar arasında rəqabət mühitinin formalaşdırılması və yarış təcrübəsinin artırılması olub.
Digər xəbərlər