NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Bəzi yerlərdə yağış və qar yağır, duman müşahidə olunur

...

Fevralın 24-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda, Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

Nəşr edilib : 24.02.2026 17:44