NAXÇIVAN :

08 Mart 2026, Bazar

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

"Şərq qapısı" xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Nəşr edilib : 13.02.2026 22:41