NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

...

Bu ilin yanvar-avqust aylarında ölkədən 16 milyard 377,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,46 faiz azdır.

"Şərq qapısı" Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 4,8 faiz azalaraq 5 milyard 710,9 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında isə Azərbaycandan 5 milyard 996,9 milyon dollar dəyərində yəni, 16 milyard 452,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Nəşr edilib : 15.09.2026 15:09