Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Naxçıvanda damazlıq heyvanların yetişdirilməsi istiqamətində işlər həyata keçiriləcək. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, nazirliyin Şahbuz rayonunun Badamlı kəndində keçirdiyi fermerlərlə görüşdə bu barədə deyilib. Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. Müsbət hal kimi 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edilməsi vurğulanıb.
Qeyd edilib ki, bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub. Bu sahədə fəaliyyət göstərən 1973 fermerə, ümumilikdə, 246 min 300 manat məbləğində dövlət subsidiyası verilib.
Digər xəbərlər