NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir

...

Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında görüş keçirilir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur.

Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.

Nəşr edilib : 11.12.2025 18:57