Mənsum İbrahimov: Naxçıvan tamaşaçısının sevgisi m...
00:12 18.07.2026
0
0
0
NAXÇIVAN :
18 Iyul 2026, Şənbə
Azərbaycan ilə Rusiya arasında 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından sonra dayandırılan bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
C.Bayramovun sözlərinə görə, danışıqlar zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini ətraflı müzakirə ediblər. Nazir hökumətlərarası komissiyanın sonuncu iclasının aprel ayında keçirildiyini, növbəti toplantının isə ilin sonunadək təşkilinin planlaşdırıldığını bildirib.
O, müntəzəm təmasların davam etdirilməsinin vacibliyini vurğulayaraq, sentyabrda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk arasında görüşün keçirilməsi barədə ilkin razılığın əldə olunduğunu diqqətə çatdırıb.
Regional gündəliyə toxunan C.Bayramov Azərbaycanın “3+3” əməkdaşlıq platformasına davamlı dəstəyini bir daha ifadə edib. O, bu formatın yaradılması təşəbbüsünün 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldüyünü xatırladıb.
Nazir platformanın fəaliyyətə başlamasından ötən müddətdə Cənubi Qafqazdakı vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib. Qeyd edib ki, indiyədək “3+3” formatı çərçivəsində Moskva, Tehran və İstanbulda üç görüş keçirilib.
“Hesab edirik ki, bu formata tələbat var, o, vacibdir, lakin iştirakçı ölkələr dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etməlidirlər”, - deyə C.Bayramov vurğulayıb.
XİN başçısı, həmçinin 2024-cü ildə platformanın üçüncü iclasından sonra Bakının növbəti görüşə ev sahibliyi etməyi təklif etdiyini xatırladıb. “Bu təklif qüvvədə qalır”, - deyə C.Bayramov vurğulayıb.
Digər xəbərlər