33 yaşlı boksçu Priçard Kolon vəfat edib
00:28 14.08.2026
0
0
0
NAXÇIVAN :
14 Avqust 2026, Cümə
"Cari ilin 25 may tarixində Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib, aqrar sahənin mövcud vəziyyəti təhlil olunub, inkişaf istiqamətləri müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib. Həmin gün Prezidentin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib. Son illər ölkədə aqrar sahənin inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, subsidiya mexanizmləri, fermerlərə göstərilən dəstək, güzəştli kreditlər, kənd təsərrüfatı texnikası ilə təminat, su infrastrukturunun möhkəmləndirilməsi və müasir suvarma sistemlərinin tətbiqi aqrar sektorun inkişafına ciddi təkan verib".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışı zamanı bildirib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məhsuldarlığın və ixrac potensialının artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Ceyhun Cəlilov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir. Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində muxtar respublika fermerləri və sahibkarları üçün dövlət dəstəyi mexanizmləri, vergi və gömrük güzəştləri, daşınma xərclərinin subsidiyalaşdırılması, eləcə də digər stimullaşdırıcı tədbirlərin əhatəsi daha da genişləndirilib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına əlavə təkan verəcək.
O həmçinin qeyd edib ki, Dövlət Proqramının uğuru yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də özəl sektorun fəal iştirakı ilə təmin olunacaq. Aqrar sahəyə qoyulan hər bir investisiya ölkənin ərzaq təhlükəsizliyinə, regionların inkişafına və gələcək rifahına xidmət edir.
Digər xəbərlər