NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb

...

Kolumbiyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb.

"Şərq qapısı" "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Paytaxt Şəhərləri Assosiasiyasının və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmənin (UNGRD) son məlumatlarında bildirilir.

Məlumata görə, ən çox zərər çəkmiş beş şəhərdə 1958 yaralı və 371 itkin düşən var.

Avqustun 13-nə Kali, Pereyra, Kibdo, Manisales və Armeniya şəhərlərində qırmızı təhlükə səviyyəsi qalmaqdadır. Bu şəhərlərdə ümumilikdə 325 tikili dağılıb.

Daha əvvəl 265 nəfərin həlak olduğu bildirilirdi.

Nəşr edilib : 13.08.2026 22:02