NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Çin şirkəti ilə yaşıl enerji və yaşıl sənaye parkı layihələri üzrə fikir mübadiləsi aparılıb

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir.

Tərəflər birgə fəaliyyətin perspektivləri kimi enerji keçidi, “Birgə Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma və texnologiya transferi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Çinin ən iri dövlət energetika şirkətlərindən olan “China Datang Corporation Ltd.” 2002-ci ildə yaradılıb. Şirkət enerji istehsalı, bərpaolunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, avadanlıq istehsalı və innovativ enerji həlləri sahəsində geniş təcrübəyə malikdir.

Nəşr edilib : 12.11.2025 17:29