NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

Çində 4,4 bal gücündə zəlzələ baş verib

...

Qazaxıstan seysmoloqları Çində “Rixter” cədvəli üzrə 4,4 bal gücündə zəlzələ qeydə alıblar.

"Şərq qapısı" bu barədə Qazaxıstan Milli Məlumat Mərkəzinə istinadla xəbər verir.

Qazaxıstan Respublikası Milli Nüvə Mərkəzinin Geofizika Tədqiqat İnstitutunun Məlumat Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:40-da baş verib.

Zəlzələnin episentri Çin ərazisində - 5,8 kilometr dərinlikdə yerləşib.

Əməliyyat açıqlamasında itki və ya dağıntı barədə heç bir məlumat verilməyib.

Bundan əvvəl, noyabrın 21-də Çində 5,0 bal gücündə zəlzələ baş verdiyi bildirilirdi. Növbəti gün, noyabrın 22-də isə 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Noyabrın 23-də 4,9 bal gücündə daha bir zəlzələ olub. Beləliklə, Çində bir neçə gündür ki, ardıcıl yeraltı təkanlar qeydə alınıb.

Nəşr edilib : 24.11.2026 15:47