NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Çində torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb

...

Çinin şimal-qərbindəki Qansu əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə edilməsi bürosu açıqlama yayıb.

İyulun 7-də səhər saatlarında Lonnan şəhərinin Rençan kəndində baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb və ya torpaq axını altında qalıb. Dağılmış evlərdən 12 nəfər xilas edilib.

Ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.

Nəşr edilib : 08.07.2026 09:05