NAXÇIVAN :

25 Noyabr 2026, Çərşənbə

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov noyabrın 28-də Bənəniyar kəndində Culfa rayonunun sakinlərini  qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-dən 26-dək səlahiyyətli nümayəndəliyin (Info@arpsn.gov.az) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya  (+994 36) 544-01-43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.

Nəşr edilib : 23.11.2026 10:27