Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə nəzərdə tutulan Dövlət Proqramına uyğun olaraq bəzi yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmir olunması ilə bağlı bir sıra işlər həyata keçirilir.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 94,2 km olan Culfa şəhərdaxili, Culfa rayonunun Kırna-Dizə-Gal-Şurud, Babək rayonunun Qahab-Naxışnərgiz- Nəcəfalıdizə-Nəhəcir kənddaxili avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur. Bu layihə ilə bağlı 23 aprel 2026-cı il tarixdə rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan edilib. Tender uğurla başa çatdıqdan sonra müvafiq podratçı tərəfindən işlə başlanılacaq.
Digər xəbərlər