NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Culfanın bəzi kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq

...

"Şərq qapısı" xəbər verir ki, aprelin 7-də Culfa rayonunun bir çox kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
​"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır. Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub.
​Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq.
​Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

Nəşr edilib : 06.04.2026 20:06