Naxçıvanda 264,58 hektarda buğda biçini aparılıb, ...
18:06 30.06.2026
0
0
0
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, 35 kV-luq Əbrəqunus hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq. Bu səbəbdən Culfa rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, fasilə “Naxçıvan Enerji” MMC tərəfindən 110/35/10 kV-luq Çeşməbasar yarımstansiyasının yenidən qurulması və yeni elektrik xətlərinə qoşulması işləri ilə əlaqədardır.
Bu səbəbdən iyulun 1-də saat 10:00-dan 14:00-dək Camaldın, Ərəzin, Əbrəqunus, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Gal və Şurud kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd olunub ki, enerji təchizatı sistemlərinin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir-bərpa işləri davam etdirilir.
Digər xəbərlər