Prezident İlham Əliyev və birinci xanım Mehriban Ə...
15:40 26.09.2026
0
0
0
NAXÇIVAN :
26 Sentyabr 2026, Şənbə
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində daşınmaz əmlak, turizm və şəhər inkişafı sahələrində investisiya imkanlarını və yeni inkişaf perspektivləri müzakirə olunub.
"Şərq qapısı" xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yeni investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya təşkil olunub.
Sessiyada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək ölkəmizdə şəhərsalma və şəhər inkişafı sahəsində həyata keçirilən layihələr, investisiya imkanları və dayanıqlı şəhər inkişafına dair yanaşmalar barədə məlumat verib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə turizm sektorunun inkişafı, investisiya imkanları və ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Panel sessiyaya “Zaha Hadid Architects” şirkətinin regional bazar və müştəri əlaqələri üzrə meneceri Məryəm Novruzi moderatorluq edib.
Sessiyada Monteneqronun turizm naziri Simonida Kordiç, “Sea Breeze” şirkətinin təsisçisi Emin Ağalarov, Azərbaycan Turizm Bürosunun Direktorlar Şurasının sədri Florian Zengştşmid, Paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad edilmiş ərazilərin layihələrinin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov, “Avant Group” şirkətinin Direktorlar Şurasının sədri Əli Hüseynov, “Zaha Hadid Architects” şirkətinin direktoru Manuela Qatto, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri Anna Soave, “ADEC” MMC-nin (“White City”) xüsusi layihə meneceri Yelena Çernova iştirak ediblər.
Tədbirdə şəhər ərazilərinin yenilənməsi və irimiqyaslı inkişaf layihələri, eləcə də daşınmaz əmlak sektoruna investisiyaların cəlb edilməsi və çoxfunksiyalı layihələrin inkişafı məsələləri müzakirə edilib. Həmçinin ağıllı və dayanıqlı şəhərsalma yanaşmaları, beynəlxalq developer şirkətləri və institusional kapitalın imkanları, investisiya üçün hazır şəhər layihələrinin formalaşdırılması və onların investisiya cəlbediciliyinin artırılması barədə fikir mübadiləsi aparılıb. Turizm sektoruna investisiyaların cəlb edilməsi, turizm məkanlarının kompleks inkişafı, beynəlxalq hotel brendləri və kurort layihələrinin yaradılması məsələləri müzakirə edilib.
Digər xəbərlər