Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və ...
17:20 22.08.2026
0
0
0
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişləri yekunlaşıb.
"Şərq qapısı" xəbər verir ki, ARKA-dan bildirilib ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.
Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilib. Hazırda film postprodakşn mərhələsindədir.
Digər xəbərlər