Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat ...
21:56 09.11.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Süleyman Neymətov tərəfindən 2026-cı il noyabr ayının 13-də Şahbuz rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi noyabr ayının 12-nə dəyişdirilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.11.2026-cı il tarixədək Şahbuz Rayon Polis Şöbəsinə, habelə Naxçıvan Muxtar Respublikası DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Vətəndaş qəbulu noyabrın 12-də 10:00-da Şahbuz Rayon Polis Şöbəsində keçiriləcək.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Digər xəbərlər