Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev “Şərq qapısı” qəzetinə açıqlamasında bildirib ki, maliyyə naziri Sahil Babayevin Milli Məclisdə səsləndirdiyi rəqəmlər muxtar respublikada həyata keçirilən islahatların real nəticələrini əks etdirir.
Deputat qeyd edib ki, 2026-cı il üçün Naxçıvanın gəlirlərinin 52 milyon manat və ya 24% artması, xərclərin isə 22 milyon manat azalması regionda maliyyə intizamının gücləndiyini, şəffaf idarəetmənin təmin olunduğunu göstərir.
Teymur Rzayev vurğulayıb: “Dotasiyanın 74 milyon manat azalması, əslində, Naxçıvanın mərkəzi büdcədən asılılığının tədricən azalması və öz iqtisadi dayaqlarını gücləndirməsi deməkdir. Bu, muxtar respublikanın son illərdə keçdiyi islahat yolunun ən bariz göstəricilərindən biridir”.
Deputat bildirib ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi daxilolmalarının artması və resursların səmərəli idarə olunması Naxçıvanı yeni inkişaf mərhələsinə çıxarır:
“Bu tendensiya davam edəcəyi təqdirdə muxtar respublikanın iqtisadi müstəqilliyi daha da güclənəcək, sosial rifahın yüksəlməsi istiqamətində mühüm addımlar atılacaq".
Digər xəbərlər