NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

DİM: 9 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatır

...

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başa çatır.

"Şərq qapısı" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi bu gün 23:59-dək davam edəcək.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Abituriyentlərə qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Nəşr edilib : 13.06.2025 12:09