NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

DİM: Bu il magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı azalıb

...

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında yüksək nəticə göstərən bakalavrların sayı ötən illə müqayisədə azalıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2026-cı ildə magistraturaya qəbul imtahanlarında 90 və daha yuxarı bal toplayanların sayı 26 nəfər olub. Həmçinin 80 və daha yuxarı bal toplayanların sayı 244, 70 və daha yuxarı bal toplayanların sayı isə 1263 nəfər təşkil edib.

Ötən il müvafiq göstəricilər 90 və daha yuxarı bal üzrə 32, 80 və daha yuxarı bal üzrə 381, 70 və daha yuxarı bal üzrə isə 2019 nəfər olub.

Nəşr edilib : 21.07.2026 17:43