NAXÇIVAN :

03 May 2026, Bazar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

...

Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“Şərq qapısı” xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⁠Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
⁠Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 12,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Nəşr edilib : 17.01.2026 10:27