Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ...
19:40 09.09.2026
0
0
0
Sentyabrın 8-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 147 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 9 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.
Digər xəbərlər