NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Dmitro Şlapaçenko: Gender əsaslı zorakılıqla mübarizə bütün cəmiyyətin birgə səylərini tələb edir

...

Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəyə, ədalətə və zəruri dəstəyə vaxtında çıxışının təmin olunması istiqamətində səylər davam etdirilməlidir. Bu məqsədlə müvafiq qurumlar arasında əlaqələndirmə və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, psixoloji, hüquqi və digər ixtisaslaşmış xidmətlərin əlçatanlığının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda videoçıxışı zamanı səsləndirib.

O qeyd edib ki, gender əsaslı zorakılığa qarşı səmərəli mübarizə yalnız ayrı-ayrı halların aradan qaldırılması ilə məhdudlaşmamalıdır. Bu mübarizə profilaktik tədbirləri, erkən müdaxiləni, sistemli maarifləndirməni, eləcə də qadınların və qızların uzunmüddətli perspektivdə gücləndirilməsini əhatə etməlidir.

Nəşr edilib : 25.11.2026 17:35