TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Erməni...
12:40 25.07.2026
0
0
0
NAXÇIVAN :
25 Iyul 2026, Şənbə
Azərbaycan media nümayəndələri üçün təşkil olunmuş zəngin mediatur proqramı qala-konsert ilə başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, qonaqları salamlayan Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Salkin Sarnoqoyeva deyib: “Əminəm ki, sizin səfəriniz məlumat mübadiləsi aparmaqla yanaşı, gələcəkdə birgə media layihələrini həyata keçirilməsi və müştərək media resurslarının yaradılması üçün faydalı olacaq. Biz açıq və şəffafıq, Azərbaycan mediası ilə əməkdaşlığı davam etdirmək istəyirik. İnanıram ki, mediaturların təşkili ənənəsi davam edəcək. Jurnalistlər üçün bu cür səfərlər artıq xoş ənənəyə çevrilib. Bu təşəbbüs əvvəllər Özbəkistan və Tacikistanı əhatə edirdi və indi Azərbaycan media nümayəndələrinin səfəri ilə davam edir”.
Qırğızıstan Prezident Administrasiyasının İnformasiya xidmətinin eksperti Azamat Kuramayev isə ölkələrimiz arasında sıx əlaqələri vurğulayıb: “Biz sadəcə dost və həmkar deyilik, həm də qardaş və bacıyıq. Bu, çox mühümdür. İnanıram ki, əməkdaşlığımız davam edəcək və dərinləşəcək. Ümidvaram ki, bu günləri hərarətlə xatırlayacaqsınız və Qırğızıstanın incisi yaddaşınızda qalacaq”.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin baş məsləhətçisi Fatimə Mirzəyeva çıxışında Qırğızıstan tərəfinə səmimi qarşılanma, səfərin qüsursuz təşkili və proqramın bütün mərhələlərində hərtərəfli dəstəyə görə səmimi təşəkkürünü bildirib. Onun sözlərinə görə, koordinatorların peşəkarlığı və diqqətlə planlaşdırılmış marşrut sayəsində media nümayəndələri zəngin və müxtəlif materiallar toplaya biliblər. Baş məsləhətçi əmin olduğunu bildirib ki, iki ölkə arasında səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək.
Gecənin parlaq yekunu isə mediatur iştirakçıları üçün milli mahnıları ifa edən “Arkasırı” xalq ansamblının çıxışı olub.
Xatırladaq ki, Azərbaycan jurnalistlərinin tanışlıq səfəri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təşəbbüsü ilə dövlət başçısının mətbuat katibi Askat Alagözov tərəfindən informasiya və humanitar sahələrdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində təşkil edilib.
Digər xəbərlər