Bakıda Milli Mətbuat Günü qeyd olunub
20:37 22.07.2026
0
0
0
2026-cı ilin yanvar-may aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmin edilmiş 1023 müraciət üzrə ümumilikdə 152 min manatdan çox vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb.
"Şərq qapısı" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 2,9 faiz, istehlakçılara qaytarılan vəsaitin həcmində isə 18,6 faiz artım qeydə alınıb.
Qeyd edilən göstərici istehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tənzimləmə tədbirlərinin effektivliyini və vətəndaşların hüquqlarının bərpası istiqamətində aparılan ardıcıl fəaliyyətin uğurlu nəticələr verdiyini göstərir.
Digər xəbərlər