Qəlbin məhrəm duyğularından söz alan şair – İslam ...
11:11 06.11.2026
0
0
1
NAXÇIVAN :
06 Noyabr 2026, Cümə
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunun inzibati rəhbər vəzifələrinə aid A növü üzrə AB və AC, inzibati icraçı vəzifələrinə aid B növü üzrə BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirib.
DİM-dən bildirilib ki, birinci növbə imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib. İkinci növbə imtahan isə saat 16:00-da başlayıb.
İmtahanlarda ümumilikdə 1704 namizəd iştirak edib. Nəticələrə əsasən, AB1 altqrupu üzrə 1, AB4 üzrə 2, AC1 üzrə 16, AC2 üzrə 24, AC3 üzrə 65, AC4 üzrə 94, BA1 üzrə 6, BA2 üzrə 8, BA3 üzrə 27, BA4 üzrə 35, BB1 üzrə 14, BB2 üzrə 29, BB3 üzrə 52, BB4 üzrə 86 nəfər olmaqla, ümumilikdə 459 namizəd tələb olunan şərtləri ödəyib.
Namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış ola biliblər. Nəticələr, həmçinin DİM-in internet saytında yerləşdiriləcək.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müvafiq altqruplara daxil olan vəzifələr üzrə sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Sertifikat əldə etmək istəyən namizədlər noyabrın 6-dan 23-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Müraciət zamanı ali təhsil haqqında sənədin, əmək kitabçası olduğu halda isə onun skan edilmiş surəti formaya əlavə edilməlidir.
Müraciətdə göstərilən məlumatların və əlavə edilən sənədlərin dövlət elektron informasiya sistemləri vasitəsilə yoxlanılması mümkün olmadıqda, namizəd müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası noyabrın 6, 11 və 12-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Digər xəbərlər