Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub YEN...
20:32 11.08.2026
0
0
0
Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 134 651 elektron arayış alınıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Məlumata görə, bu arayışların 63 342-si pensiya, 31 098-i müavinət və təqaüd, 27 394-ü fərdi şəxsi hesab, 4 647-si ünvanlı dövlət sosial yardımı, 1 389-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 527-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 5 254-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.
Digər xəbərlər