Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynə...
11:57 12.08.2026
0
0
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.
Qeyd edilib ki, bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.
Digər xəbərlər