Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər sax...
12:40 12.08.2026
0
0
0
Azərbaycan elmi ictimaiyyətinin gənc nümayəndələri avqustun 11-də Bolqar Muzey-Qoruğunda (RF Tatarıstan Respublikası) açılan XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər.
"Şərq qapısı" Tatarıstan Respublikası Elmlər Akademiyasının portalına istinadla xəbər verir ki, builki məktəb arxeologiyada rəqəmsal texnologiyalara, geoinformasiya sistemlərinə, 3D modelləşdirməsinə, geofizikaya və məsafədən zondlamaya həsr olunub.
Rusiyanın 24 bölgəsindən olan 75 iştirakçı - bakalavr və magistr tələbələri, gənc alimlər, habelə Azərbaycan, Özbəkistan, Türkmənistan, Belarus və Hindistandan olan nümayəndələr iki həftə ərzində dörd bölmədə təlim keçəcək, apardıqları tədqiqatların nəticələrini yekun konfransda təqdim edəcəklər.
Məktəb 2022-ci ildən başlayaraq iki mərhələdə - birincisi Bolqarıstanda, ikincisi isə iştirakçı ölkələrin tədqiqat mərkəzlərindən birində keçirilir.
XIII Beynəlxalq Arxeologiya Məktəbi avqustun 23-də iştirakçıların apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələrin təqdim ediləcəyi “Arxeologiyada fənlərarası tədqiqatlar. Nailiyyətlər və problemlər” mövzusunda gənclərin beynəlxalq elmi-praktik konfransı ilə başa çatacaq.
Digər xəbərlər