NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 5,6 faiz artıb

...

Naxçıvan Muxtar Respublikasında bu il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 8,3 faiz artaraq 24 min 227 təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,6 faiz artaraq 657 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 18,8 faiz artıb və 7235 təşkil edib.

Nəşr edilib : 12.08.2026 12:28