NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub? – statistika

...

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 374 min 38 vətəndaş müraciəti qeydə alınıb.

Fonddan  verilən məlumata görə, müraciətlərdən 141 min 675-i pensiya, 97 min 164-ü müavinət, 16 min 309-u Prezident təqaüdü, 58 min 695-i ünvanlı dövlət sosial yardımı, 13 min 224-ü fərdi uçot və sosial sığorta, 1023-ü dövlət icbari şəxsi sığorta, 45 min 948-i isə digər istiqamətlərlə bağlı olub.

Nəşr edilib : 05.11.2026 11:15