NAXÇIVAN :

02 May 2026, Şənbə

Dumanlı hava sabah axşamadək davam edəcək

...

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

"Şərq qapısı" xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Nəşr edilib : 08.01.2026 09:28