Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağ...
17:25 09.09.2026
0
0
0
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdük, əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artımın və şaxələndirmənin yeni imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd etdik. Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcəyini vurğuladıq", - deyə o qeyd edib.
Digər xəbərlər