NAXÇIVAN :

21 May 2025, Çərşənbə

Dünya bazarlarında neft bahalaşıb

...

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 1,65% artaraq 1 barelə görə 66,46 ABŞ dolları təşkil edib.

"Şərq qapısı"nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,76% artaraq 63,12 ABŞ dollarına bərabər olub.

Nəşr edilib : 21.05.2025 09:29