NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Əli Əhmədov: Həmkarlar İttifaqları cəmiyyətin sosial balansının qorunmasına töhfə verir

...

İnsan hüquqlarının qorunması dövlətin mühüm vəzifəsi olmaqla yanaşı, eyni zamanda, cəmiyyətin daim diqqət göstərdiyi və xüsusi həssaslıq nümayiş etdirdiyi məsələlər sırasındadır. Çünki əmək hüquqlarının qorunması, insanların layiqli əmək şəraitinin təmin edilməsi və sosial rifahının yüksəldilməsi birbaşa cəmiyyətin sabitliyi və davamlı inkişafı ilə bağlıdır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, vətəndaş cəmiyyəti təsisatları arasında öz kütləviliyi və təşkilatlanma səviyyəsi ilə seçilən Həmkarlar İttifaqları insanların əmək hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yüksəldilməsi istiqamətində mühüm və əvəzolunmaz rol oynayırlar. Həmkarlar İttifaqları işçilərin səsini çatdıran, onların hüquqi və sosial maraqlarını müdafiə edən etibarlı tərəfdaş kimi çıxış edərək cəmiyyətin sosial balansının qorunmasına töhfə verirlər.

“Həmkarlar İttifaqları üzvlərinin hüquqlarının qorunması və sosial rifahının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Qurultayda nümayiş etdirilən bu zəngin fəaliyyət yolu, göstərilən bütün bu uğurlar həmrəyliyin, birlik və məqsədyönlü fəaliyyətin bariz nümunəsidir”, - deyə deputat əlavə edib.

Nəşr edilib : 16.12.2025 11:44