NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir

...

Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.

Baş nazir qeyd edib ki, ötən dövr ərzində iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Onun sözlərinə görə, yüksək səviyyəli siyasi dialoqun dinamikası əməkdaşlığın möhkəmlənməsində aparıcı rol oynayır: “Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana dövlət səfəri və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mayda WUF13 çərçivəsində Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyib və əməkdaşlığın dərinləşməsinə əlavə təkan verib. Beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birimizi dəstəkləmişik”, - deyə Əli Əsədov bildirib.

Nəşr edilib : 30.10.2026 11:25