Astara gömrük postunda 25 kiloqramdan çox marixuan...
14:46 11.08.2026
0
0
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, son il yarım ərzində Komitənin hazırladığı 115 milli standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənib və təsdiq edilmiş milli standartların sayı 170-i ötüb:
"Bu standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanır. Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır".
Digər xəbərlər