NAXÇIVAN :

19 Noyabr 2026, Cümə axşamı

Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər şəhərcikdə həyata keçirilən işlərlə tanış olub, startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanlarına baxıblar.

SABAH.city-nin inkişaf perspektivləri, eləcə də qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib. Startap ekosisteminin inkişafına dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzularından olub.

Nəşr edilib : 19.11.2026 09:46