NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 26,7 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 758 torpaq sahəsi, 115 mənzil, 104 fərdi yaşayış evi, 67 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə, 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata əsasən hesabat dövründə 7792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2758-i daşınmaz əmlakın texniki pasportu, 5034-ü isə torpaq sahəsinin plan və ölçüsü olubdur.

Nəşr edilib : 19.11.2026 09:49