NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb

...

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.
“Şərq qapısı” “News.am”a istinadən xəbər verir ki, o, bunu Sünikdə keçirilən görüşdə bildirib.
"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.

Nəşr edilib : 29.07.2025 19:13