2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdi...
16:24 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Yeni tədris ilində əsas hədəflərdən biri regionlararası təhsil nəticələri fərqinin azaldılması olacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Eşqi Bağırov bildirib ki, PISA nəticələrində ölkə üzrə oxu, riyazi savadlılıq və təbiət elmləri istiqamətlərində müsbət dinamika müşahidə olunsa da, bəzi region və qruplarda zəif nəticələr qeydə alınıb: “Bu, yeni tədris ilində keyfiyyət planımızın prioritet istiqamətlərindən biri olacaq. Qeyd olunan regionlarda fəaliyyətlərimizin intensivliyini, dəstək və müdaxilə tədbirlərimizi artıracağıq”.
Agentliyin rəhbəri yeni tədris ili ərəfəsində məktəbəqədər və ümumi təhsil müəssisələrində görülən işlər barədə də məlumat verib. Bildirib ki, yay dövründə ümumilikdə 1000-dək məktəbəqədər və ümumi təhsil müəssisəsində əsaslı və cari təmir işləri aparılıb. Həmin müəssisələrdə 500 mindən çox şagird təhsil alır.
Eşqi Bağırov qeyd edib ki, təhsil müəssisələri ilə bağlı konkret faktlar təqdim olunduğu halda həmin məsələlər araşdırıla bilər. Zərurət yaranarsa, məsul şəxslər barəsində müvafiq tədbirlər görülməsi də mümkündür.
O, yeni tədris ilinin əsas hədəfləri sırasında şagirdlərin akademik nəticələrinin yaxşılaşdırılması ilə yanaşı, onların fiziki inkişaf göstəricilərinin yüksəldilməsini də qeyd edib. Bildirib ki, IV və VI siniflər üzrə milli monitorinqlərdə, eləcə də IX-XI siniflər üzrə buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin payının azaldılması, yüksək nəticə göstərənlərin faizinin isə artırılması nəzərdə tutulur. Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, infrastrukturun və təhsilin keyfiyyətinin yaxşılaşdırılması da yeni tədris ilinin prioritet istiqamətlərindəndir.
Agentliyin rəhbəri valideyn-dövlət tərəfdaşlığı çərçivəsində həyata keçirilən yeni layihəyə də toxunub. Bildirib ki, 100-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqəyə qoşulub və ilk mərhələdə 10 minə yaxın yer təqdim edilib. Layihə çərçivəsində özəl bağçalarda uşaqların təhsil xərclərinin yarısının dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulur.
Digər xəbərlər