MDB ölkələri terror təhlükələrinə qarşı birgə müba...
21:53 17.11.2026
0
0
0
NAXÇIVAN :
17 Noyabr 2026, Çərşənbə axşamı
Bu, Əfqanıstanın beyin mərkəzinin ölkəmizə ilk səfəridir. Bu gün keçirilən görüşdə həm ikitərəfli münasibətlər, həm də regionda mövcud vəziyyət müzakirə mövzusudur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi (CSS) ilə birgə təşkil olunan “Trans-Avrasiya Tranzit və Ticarət Marşrutlarının Strateji Yaxınlaşması: Əlaqəlilik və Davamlı İnkişaf” mövzusunda dəyirmi masada bildirib.
F.Şəfiyev qeyd edib ki, hazırda, xüsusilə Xəzər regionunda mürəkkəb geosiyasi şərait mövcuddur. Belə şəraitdə dövlətlərin suverenliyinə, müstəqilliyinə və müstəqil qərarlar qəbul etmək hüququna hörmət, eləcə də konstruktiv regional əməkdaşlığın təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hər zaman dövlətlərin suverenliyini, müstəqilliyini və müstəqil qərarlar qəbul etmək hüququnu dəstəkləyib. Əfqanıstan da müstəqil qərarvermə və konstruktiv regional əməkdaşlığın təşviqi istiqamətində səylərdə mühüm rol oynayır.
“Azərbaycan və Əfqanıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu gün iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də üçüncü ölkələrin yanaşmalarından asılı olmayaraq, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti müzakirə olunacaq.
Ölkəmiz artıq əfqanıstanlı tələbələr üçün təqaüd proqramları da daxil olmaqla, bir sıra təşəbbüslər həyata keçirib. Bu təşəbbüslər təhsil və insan kapitalının inkişafı vasitəsilə Əfqanıstanın tərəqqisinə töhfə vermək istəyimizin göstəricisidir”, - deyə o vurğulayıb.
BMTM sədri, həmçinin Əfqanıstanla ticarət əlaqələrinin inkişafına, eləcə də region ölkələri arasında nəqliyyat və kommunikasiya bağlantılarının gücləndirilməsinə marağın artdığını müşahidə olunduğunu bildirib.
“Mövcud geosiyasi qeyri-sabitlik şəraitində regional əməkdaşlığa və dialoqa töhfə verən hər bir təşəbbüs və layihə xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, bu istiqamətdə həyata keçirilən səylər yaxın gələcəkdə konkret nəticələr verəcək.
BMTMM ilə CSS arasında əməkdaşlıq bu istiqamətdə atılan mühüm ilk addımdır. Ümid edirik ki, bu tərəfdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, ekspert icmaları arasında əlaqələrin genişlənməsinə və fikir mübadiləsinin inkişafına imkan yaradacaq”, - deyə Fərid Şəfiyev əlavə edib.
Digər xəbərlər