NAXÇIVAN :

28 Iyun 2026, Bazar

FHN-dən xəbərdarlıq: Küləkli havada dənizə girmək təhlükəlidir!

...

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
"Şərq qapısı" xəbər verir ki, müraciətdə deyilir:
“Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”

Nəşr edilib : 21.06.2026 14:05