NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

FHN: Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Rüfət İsrayıl oğlu İsmayılov dalğıclar tərəfindən sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Nəşr edilib : 11.08.2026 19:57