NAXÇIVAN :

09 May 2026, Şənbə

FHN: Mingəçevirdə oteldə baş verən yanğın söndürülüb

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən  bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.
Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Nəşr edilib : 09.05.2026 12:33