NAXÇIVAN :

14 Avqust 2026, Cümə

FIFA dünya çempionatı zamanı sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşımı silib

...

FİFA dünya çempionatının səkkizinci oyun gününə qədər sosial şəbəkələrdə yayılan 3,8 milyondan çox paylaşımı yoxladığını açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, onlardan təxminən 388 mininin zərərli məzmun daşıdığı müəyyən edilib və silinib.

Bildirilib ki, bu göstərici 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə daha yüksəkdir. Qurum sosial media monitorinq sisteminin istifadəyə verildiyi vaxtdan bu günə qədər 250 milyondan çox paylaşımı nəzərdən keçirdiyini, onlardan 30 milyondan artığının təhqiramiz kontent kimi qiymətləndirildiyini qeyd edib.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Nəşr edilib : 18.06.2026 15:47