NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi açıqlanıb

...

Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2,1 faiz və ya 235,3 milyon manat artıb, tələbli əmanətləri isə 1,3 faiz və ya 81,3 milyon manat azalıb.

"Şərq qapısı" Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 70,4 faizi (12,264 milyon manat) milli valyutada, 29,6 faizi (5,162.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64,4 faizi (11,215.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

May ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3,1 faiz (6,492 əmanətçi), ilin əvvəlindən isə 11,3 faiz (21,990 əmanətçi) artıb.

Nəşr edilib : 25.06.2026 16:38