NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır

...

Fransanın informasiya portalları, televiziya və radioları Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensın Bakıya səfərini, Prezident İlham Əliyevlə görüşünü işıqlandırıblar.

"Şərq qapısı" xəbər verir ki, “France”, “Mediapart”, “BFM TV”, “Challenges”, “L’Humanite”, “Boursorama”, “Boursier” kimi informasiya portalları, radio və televiziyaları Cey. Di. Vensin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi və hər iki tərəfin mətbuata bəyanatından materiallar yayıblar.

Xəbərlərdə Azərbaycan və ABŞ-ın strateji tərəfdaş olduqları, Tramp administrasiyasının Azərbaycana münasibəti, eləcə də Strateji Tərəfdaşlıq Xartiyası barədə məlumat verilib. Həmçinin TRIPP layihəsi haqqında danışılıb.

Nəşr edilib : 11.02.2026 13:35